XƏBƏRLENTİ

xeberlenti.com

Səhiyyə nazirliyi son zamanlar valideynləri narahat edən uşaq peyvəndlərinin mənşə ölkəsi məsələsinə dair açıqlama verib.

“2014-cü ildən Azərbaycana vaksin preparatları UNICEF xətti ilə gətirilir. İstehsalçıdan asılı olmayaraq, gətirilən bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir”, – deyə qurumdan bildirilib.

Həmçinin vurğulanıb ki, özəl tibb müəssisələrində istifadə olunan vaksinlər SN-nin Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçirilir.

About Author