Xeberlenti.com-un məlumatına görə, Məlahət İbrahimqızı bildirib ki, ötən əsrdə baş verən deportasiyalar soydaşlarımızın mədəni irsinə ağır zərbə vurub. Məscidlərimiz, tarixi abidələrimizlə yanaşı, xalçaçılıq, aşıq sənəti, ədəbiyyatımız məhv olma təhlükəsi ilə üz – üzə qalıb. Şura sədri beynəlxalq arenada bu istiqamətlə məşğul olan qurumların bu faciəyə səssiz qalmasının yolverilməz olduğunu vurğulayıb. Alessandro Biançi mədəni irsə qarşı vandallıq aktlarının yolverilməz olduğunu, dünya birliyinin bu məsələdə həmrəy olmalı olduğunu qeyd edib