Fələstin Jurnalistlər Birliyi İsrailin iki aydır davam edən hücumlarında həyatını itirən, yaralanan, nəzarətə alınan və evlərini itirən jurnalistlərlə bağlı hesabat yayıb.
Xeberlenti.com xarici KİV-ə istinadən xəbər verir ki, hücumlarda 75 jurnalist həyatını itirib, 80-ə yaxın mətbuat əməkdaşı isə yaralanıb. Həmçinin, 2 jurnalistin itkin düşdüyü bildirilib.
Məlumata görə, hücumlarda ailələrini və yaxınlarını itirmiş jurnalistlərin çalışdığı media mərkəzlərinin də dağıdıldığı bildirilib.