Polis çərşənbə günü səhər Nevada Universitetinin Las Vegas şəhərciyində (UNLV) baş verən atışmada üç nəfərin öldürüldüyünü bildirib.
Məmurlar atışma zamanı adı açıqlanmayan şübhəlini vuraraq öldürüblər. Polisin açıqlamasında daha bir qurbanın vəziyyəti ağır olaraq yerli xəstəxanada olduğu bildirilib.
ABŞ-ın CBS telekanalına danışan hüquq-mühafizə orqanları silahlını altmış yaşlı ağdərili keçmiş kollec professoru kimi təsvir edib.
Əlavə ediblər ki, o, əvvəllər Corciya və Şimali Karolinada dərs deyib.UNLV və əyalətdəki bütün digər cənub Nevada Ali Təhsil müəssisələri çərşənbə günü təhsili yarımçıq saxlayıblar. Universitet ilk dəfə yerli vaxtla saat 11:53 radələrində polisin kampusda atəş açıldığı barədə xəbərlərə cavab verdiyini yazıb.
Mənbə: BBC NEWS