XƏBƏRLENTİ

xeberlenti.com

Mədəniyyət naziri Naxçıvanda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri keçirilir, sakinlərin problem və təklifləri dinlənilir.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 8-də Naxçıvan şəhərində vətəndaşlarla görüşüb.
Vətəndaşların qəbulundan öncə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq Ulu öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

About Author