İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (04.12.2023 – 10.12.2023) açıqlanıb.
ANAMA-dan verilən məlumata görə, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Şuşa, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 87 piyada əleyhinə mina, 84 tank əleyhinə mina, 340 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.