ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin fevral müqaviləsinin dəyəri 0,2% azalaraq 1 barelə görə 73,09 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,19% azalaraq 68,48 dollar olub.