XƏBƏRLENTİ

xeberlenti.com

Volodimir Zelenski müharibədə nəticəyə ümid etdiyini bildirib

 

Ukrayna Prezidenti Volodimir Zelenski müharibədə nəticəyə ümid etdiyini bildirib.

Xeberlenti.com xəbər verir ki, bu barədə Vaşinqtonda amerikalı həmkarı Cozef Baydenlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
V. Zelenski həm Ağ Evdən, həm də ABŞ konqresindən dəstəyi hiss etdiyini söyləyib: “Amma biz sözlərə deyil, nəticəyə ümid edirik. Bilirik ki, söz varsa, nəticə də var”.
Qeyd edək ki, V. Zelenski dekabrın 12-də Vaşinqtonda C. Baydenlə görüşüb. ABŞ lideri Ukraynaya 200 milyon dollarlıq yardım paketini açıqlayıb. Daha sonra ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, paketə raket sistemləri, hava hücumundan müdafiə sistemləri və artilleriya mərmiləri üçün sursat daxildir.
Hazırda Ağ Ev və Senat arasında Ukraynaya yeni yardım paketlərinin maliyyələşdirilməsi ilə bağlı müzakirələr gedir. ABŞ hökuməti bunun üçün ayrılan pulun tükəndiyini dəfələrlə bəyan edib.

About Author