XƏBƏRLENTİ

xeberlenti.com

İranda polis məntəqəsinə hücum olub, 12 əməkdaş ölüb

ranın Sistan-Bəlucistan əyalətinin Rask qəsəbəsində polis məntəqəsinə silahlı hücum nəticəsində 12 polis əməkdaşı ölüb.

Məlumatı “Fars” agentliyi yayıb.

Məlumata görə, hücumu “Çeyş-əl-Adl” qruplaşması həyata keçirib. Bildirilib ki, atışma nəticəsində silahlı qruplaşma üzvləri də itki verib.

Bəluclar İran, Əfqanıstan və Pakistanla həmsərhəd ərazilərdə yaşayır. İranın təhlükəsizlik qüvvələri ilə bəluc silahlıları arasında tez-tez qarşıdurma olur.

Etnik azlıq olan bəluclar milli hüquqlarının təmin olunmasını, həyat şəraitlərinin yaxşılaşdırılmasını tələb edirlər.

About Author