Prezident İlham Əliyev Bəhreyn Krallığının milli bayramı münasibətilə Kral Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.
“Azərbaycan-Bəhreyn dostluq əlaqələrini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”, – Dövlət başçısı təbrikdə qeyd edib.