“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın zədəli futbolçusu Arda Gülerin son durumu ilə bağlı açıqlama verib.
QOL.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, La Liqada “Vilyarreal”a qalib gəldikləri matçdan (4:1) sonra Türkiyə millisinin üzvünün son durumu ilə əlaqədar deyib: “Arda Güler Milad bayramından sonra (25 dekabr qeyd olunur-red) hazır olacaq”.
Qeyd edək ki, “Real” Milad bayramından sonra ilk matçında 2024-cü il yanvvarın 3-də “Malyorka”nı qəbul edəcək.
Xatırladaq ki, bu ilin yayında Madrid təmsilçisinə transfer olan A.Güler zədə səbəbindən klubda hələ debüt edə bilməyib.