XƏBƏRLENTİ

xeberlenti.com

BMT baş katibi Azərbaycanda keçiriləcək COP29-da (BMT-nin İqlim Dəyişikliyi üzrə konfransının 29-cu sessiyası) iştirak edəcək

Xeberlenti.com xəbər verir ki, Antoniu Quterrişin sözçüsü Stefan Dujarrik qeyd edib ki, iqlim dəyişikliyi hamının üzləşdiyi qlobal problemdir, Qafqaz və Mərkəzi Asiya da bundan əziyyət çəkir.

“Baş katib bu mübarizəni (iqlim dəyişikliyinə qarşı) davam etdirəcək və o növbəti dəfə Azərbaycan prezidenti ilə əməkdaşlığı səbirsizliklə gözləyir. Bəli, heç şübhəsiz ki, baş katib COP29-da Azərbaycanda olacaq”, – deyə Dujarrik “Report”-a müsahibəsində bildirib.

Dekabrın 11-də iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının 29-cu tərəflər konfransının (COP29) Azərbaycanda keçiriləcəyi barədə qərar açıqlanıb.

About Author