Xeberlenti.com xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli məclisdə çıxışında keçən il 269 erkən evliliyin qarşısının alındığı barədə məlumat verib.
“Problemin aradan qaldırılması ilə bağlı təhlil hazırlanıb. Bunun nəticəsi də onu deməyə əsas verir ki, biz 18 yaşdan aşağı ailə qurmağa icazə ilə bağlı istisna halı aradan qaldırmağa dəstək verməliyik”, – deyə komitə sədri vurğulayıb.