XƏBƏRLENTİ

xeberlenti.com

Mediasiya Şurasının Etika Komitəsinə yeni sədr təyin edilib

Aqil Əsgərov Mediasiya Şurasının Etika Komitəsinə yeni sədr təyin edilib.

Xeberlenti.com xəbər verir ki, bu barədə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov məlumat verib. O qeyd edib ki, Mediasiya Şurasının İdarə Heyətinin 19 dekabr 2023-cü il tarixli qərarı ilə Mediasiya Şurasının Etika Komitəsinin Əsasnaməsinə əlavə və düzəlişlər edilib, Əsasnamə təkmilləşdirilib.

İdarə Heyətinin iclasında Nadir Adilovun təqdimatı əsasında ictimai əsaslarla Mediasiya Şurasının Daxili Audit Komitəsinin üzvü, mediator Aqil Əsgərov Mediasiya Şurasının Etika Komitəsinin sədri təyin edilib, Etika Komitəsinin tərkibinə yenidən baxılıb və tərkib təsdiq edilib.

Etika Komitəsinin yeni əsasnaməsi çərçivəsində Etika Komitəsinin tərkibi Mediasiya Şurasının İdarə Heyəti tərəfindən yenidən formalaşdırılıb.

Beləliklə, Komitənin tərkibi aşağıdakı kimi müəyyən edilərək, təsdiq edilib:

Etika Komitəsinin sədri:

Mediator Aqil Əsgərov

Etika Komitəsinin üzvləri:

Mediator Günel Cənnətova

Mediator Əli Qəniyev

Mediator Zümrüd Əsgərova

Mediator Tural Məmmədov

N. Adilov qeyd edib ki, Komitənin fəaliyyətini təşkil edən Əsasnamənin təkmilləşdirilməsi və Komitənin fəaliyyətinin əsas məqsədi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Mediatorların peşəkar etik davranış Qaydası”na əsaslanaraq mediatorların etik davranışlarına nəzərət, monitorinq və onların etik davranışlarının qiymətləndirilməsini həyata keçirməkdir.

O bildirib ki, Komitənin əsasnaməsi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə uyğun olaraq hazırlanmış və təkmilləşdirilmişdir.

Komitə peşəkar əsaslarla, mediasiya fəaliyyəti ilə məşğul olan şəxslərin etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətlərin tənzimlənməsində rol oynayacaqdır.

About Author