340 yük təyyarəsi və 4 gəmi Qəzza zolağının əhalisinə humanitar yardımı Sinay yarımadasında yerləşən Əl-Ariş şəhərinə çatdırıb.
Xeberlenti.com xəbər verir ki, bu barədə Şimali Sinay vilayətinin qubernatoru Məhəmməd Şuşa məlumat verib.
Qubernator qeyd edib ki, şəhər limanının akvatoriyasında Fransa və İtaliyadan gələn iki üzən xəstəxana var.