XƏBƏRLENTİ

xeberlenti.com

İstanbulda 600 min zəlzələyə davamlı ev tikiləcək

Turkish President Tayyip Erdogan attends a press conference at the Maximos Mansion in Athens, Greece, December 7, 2023. REUTERS/Louisa Gouliamaki/File Photo

Türkiyə hökuməti təmir proqramı çərçivəsində İstanbulda 1,5 milyon evin sakinlərini köçürməyinəzərdə tutur.

Xeberlenti.com türk KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16 milyonluq meqapolisin mənzil fondunun yenilənməsi üzrə “Yol xəritəsi”nin təqdimatında deyib.

“İstanbulda təqribən 7,5 milyon bina var, o cümlədən 6 milyon yaşayış binası, bunlardan 600 mini prioritet olaraq təmir edilməlidir. Məqsədimiz beş il ərzində yaşayış üçün təhlükəli sayılan 1,5 milyon evin sakinlərini köçürməkdir”, – deyə o, əlavə edib.

Qeyd edək ki, seysmoloqlar İstanbul ərazisində 7 və daha yüksək bal gücündə zəlzələ ola biləcəyi ilə bağlı daim xəbərdarlıq edirlər.

 

About Author