XƏBƏRLENTİ

xeberlenti.com

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Prezidenti təbrik etdi

Xeberlenti.com-un xəbərinə görə təbrikdə deyilir.

Azərbaycan Respublikasının Prezidenti,

Müzəffər Ali Baş Komandan,

Zati-Aliləri, Cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu!

 Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu güclü, qüdrətli Azərbaycan dövlətinin qurucusu adını qazanmaq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan olaraq Sizin çiyinlərinizə düşdü. Rəhbərlik etdiyiniz 2003-2023-cü illər ərzində dünyada baş verən ağır siyasi və iqtisadi çətinliklərə baxmayaraq, ölkəmiz sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə böyük uğurlar qazanmışdır.

2003-cü ildə Sizin Azərbaycan Respublikasının Prezidenti seçilməyinizdən sonra nəinki, digər sahələr, həm də vətəndaş cəmiyyəti insitutlarında yeni inkişaf mərhələsi başladı.

2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, QHT-lərə maliyyə ayıran qurumların sayının artması və s.  fəaliyyətlər vətəndaş cəmiyyəti insistutları qarşısında böyük hədəflər qoydu. 2013-cü ildə “İctimai İştirakçılıq” haqqında qanunun qəbul edilməsi ilə, dövlətlə vətəndaş cəmiyyəti insitutları arasında münasibətlərin yaxınlaşması, vətəndaş cəmiyyətinin ölkənin vacib qərarlarında iştirak edə bilməsi, həmçinin İctimai Şuraların yaradılması kimi vacib nəticələrə gətirib çıxardı.

2006-ci ildə Sizi doğum gününüz münasibətilə təbrik etdiyim məktubda qeyd etmişdim ki, Siz Azərbaycan xalqının yaddaşında Qurucu İlham kimi qalacaqsınız. Belə də oldu. Ümummilli lider Heydər Əliyevin memarı olduğu Azərbaycanda sizin milli, bəşəri və mütərəqqi siyasətiniz sayəsində ölkədə vətəndaş həmrəyliyinə nail olunması, sabitliyin təmin edilməsi, müstəqilliyin qorunması, sosial- iqtisadi sahədə beynəlxalq aləmdə respublikanın mövqeyinin möhkəmləndirilməsi ölkəmizin inkişafı naminə tarixi xidmətlərdir.

Hakimiyyətiniz dövründə ölkəmizin hərbi gücünü, qüdrətini, müzəffər ordusunun yenilməzliyini bir daha sübut edərək, 28 illik işğaldan sonra Birləşmiş Millətlər Təşkilatının hələ 1993-cü ildə qəbul edilən 822, 853, 874, 884 saylı qətnamələri sadəcə kağız üzərində qalsa da, ilk öncə aprel 2016-cı ildə Cocuq Mərcanlı, Lələtəpə yüksəkliklərini azad edərək, sonra isə 2020-ci il sentyabr döyüşlərində 44 günlük haqq savaşında, daha sonra 2023-cü ilin 19 sentyabr tarixində cəmi 23 saat 43 dəqiqə davam edən lokal antiterror əməliyyatında qətiyyətini bildirdi. Bununla da 30 ilə yaxın davam edən torpaqlarımızın erməni işğalına son qoyuldu. Nəinki, öz doğma yurd-yuvasından didərgin düşmüş qaçqınlarımızın, həmçinin bütün Azərbaycan xalqının sevinc mənbəyi oldunuz. Qarabağın Fatehi adını qazandınız. Bununla da Azərbaycan öz hərbi qüdrətini bütün dünyaya göstərdi. Vətən müharibəsi ilə bağlı bu fikriniz xalqımıza güvən, sülh və səadətin təminatını verdi: “Bundan sonra əsrlər boyu Azərbaycan xalqı bu qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq qələbə və mütləq qələbə olacaqdır”. “Dəmir yumruq” deyərəq başladığınız bu yola 2023-cü il sentyabr ayında lokal xarakterli antiterror əməliyyatı ilə Azərbaycan dövlətinin suverenliyini tam təmin etdiniz. Bununla da, Azərbaycan torpaqları terrorçulardan təmizləndi. Hər zaman humanist davranışınız ilə bütün ölkələrin diqqət mərkəzində oldunuz ki, bunun da ən bariz nümnuməsi, erməni xalqının da işğaldan azad olunmuş rayonlarımızda yaşamasına köməklik göstərməyiniz, həmçinin əhalinin qida məhsulları ilə təmin olunmasına yardımçı olmanızdır.

Siz Xankəndiyə səfər edərkən, çıxışınızda yenə də Qərbi Azərbaycana qayıdışla bağlı fikirlər söylədiniz ki, bu fikirlərdən də Qərbi Azərbaycanlılarımızın qəlbində yeni ümid işığı doğurdunuz. Biz Qarabağa dönəcəyimizə inandıq və bunu Sizin başçılığınız güclü siyasətiniz və əzminizlə nail olduq, Qərbi Azərbaycana da qayıdışımıza inanır və Sizi hər zaman dəstəkləyir və güvənirik.

Möhtərəm Cənab Prezident!

Bu 20 il ərzində həyata keçirdiyiniz hərbi, siyasi, sosial-iqtisadi islahatların nəticəsidir ki, bu gün Azərbaycan dünya ölkələri arasında inkişaf etmiş, müasir, güclü və qüdrətli ölkə kimi tanınır.

 

Möhtərəm İlham Heydər oğlu!

 Sizi 24 dekabr doğum gününüz münasibətilə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun üzvləri və şəxsən öz adımdan təbrik edir, Ulu Tanrıdan Sizə, ailənizə möhkəm can sağlığı və uzun ömür diləyir, ən xoş arzularımızı bildiririk.

Vətəndaş cəmiyyətini təmsil edən, özündə 700-dən çox Qeyri-Hökumət Təşkilatlarını birləşdirən Forum olaraq Sizin genişmiqyaslı fəaliyyətinizi təqdir edir, bundan sonra da, demokratik, güclü və nüfuzlu Azərbaycan uğrunda parlaq qələbələrə imza atacağınıza ürəkdən inanır, Uca Tanrıdan Sizə yeni-yeni uğurlar və qələbələr arzulayırıq.

 

Dərin hörmət və ehtiramla,

Rauf Zeyni,

Azərbaycan Milli QHT

Forumunun prezidenti

About Author