XƏBƏRLENTİ

xeberlenti.com

Rusiya XİN Ermənistana NATO ilə bağlı ciddi xəbərdarlıq edib

“Rusiya Federasiyası gözləyir ki, Ermənistan NATO ilə dialoqun dərinləşməsi səbəbindən milli müdafiə və təhlükəsizlik sahəsində dövlət suverenliyini itirmək təhlükəsindən xəbərdardır”.

Xeberlenti.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunları üzrə TASS-a müsahibəsində deyib.

Sergey Lavrov vurğulayıb ki, bu il Ermənistan alyansla onlarla tədbirdə iştirak edib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin NATO standartlarına uyğun modernləşdirilməsini davam etdirir və onun hərbi qulluqçuları blokun bir sıra dövlətlərində təlimlər keçir.

“Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini gücləndirmək və “parçala və idarə et” sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır”, – Rusiya XİN rəhbəri qeyd edib.

About Author