XƏBƏRLENTİ

xeberlenti.com

Bəşəriyyət əziyyət çəkir” – Quterreş

“İqlim dəyişikliyi səbəbiylə dünya təhlükədədir”.
Xeberlenti.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi  Antonio Quterreş Yeni il üçün videomüraciət yayımlayıb.
Quterreş 2023-cü ilin şiddət və ağrılarla dolu keçdiyinə işarə edərək, açıqlama verib.

İqlim dəyişikliyi səbəbiylə dünyanın təhlükədə olduğunu və insanların da yoxsulluq və aclıqdan əziyyət çəkdiyini bildirib. Baş katib kimisə günahlandırmanın, hədəf almağın heç bir faydası olmadığını qeyd edib.
“İnsanlıq birlik içində hərəkət etdikdə güclüdür. 2024-cü il inam və ümidin yenidən qurulması ili olmalıdır”.
Fərqlərin aradan qaldırılması ilə həll yollarının tapılmasının vacibliyini vurğulayan Quterreş, xüsusilə iqlim, iqtisadiyyat və ayrı-seçkiliklə mübarizə kimi sahələrdə hərəkətə keçmənin vacibliyinə diqqət çəkib.
“2023-cü il dəhşətli əzab, zorakılıq və iqlim xaosu ili oldu. Bəşəriyyət əziyyət çəkir”- deyən Quterreş BMT-nin sülh, davamlı inkişaf və insan haqları üçün səylərini davam etdirəcəyini bildirib.

About Author