Xeberlenti.com xəbər verir ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Qusar stansiyasından 63 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ baş verib. Yeraltı təkanların 3,3 maqnituda gücündə olduğu bildirilir.
Bakı vaxtı ilə saat 23:03-də qeydə alınan zəlzələnin dərinliyi 11 km olub.