XƏBƏRLENTİ

xeberlenti.com

Ukrayna XİN rəhbəri Trampın yenidən prezident seçilməsi ehtimalına toxunub

Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ-da prezident seçkilərində Donald Trampın qalib gələcəyi təqdirdə bu ölkənin Ukraynaya dəstəyinin davam edib-etməməsi barədə danışıb.

APA xəbər verir ki, XİN rəhbəri bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda panel müzakirəsi zaman danışıb.

 

“Biz ukraynalılar istənilən reallıqda necə sağ qalmaq və qalib çıxmağı öyrənmişik. Amerika xalqının seçimindən asılı olmayaraq, biz bu reallıqla işləyəcəyik. Biz həm ölkəmizin xeyrinə, həm də Transatlantik və qlobal təhlükəsizlik üçün həll yolu tapmağa çalışacağıq”, – nazir qeyd edib.

Dmitri Kuleba vurğulayıb ki, vacib olan bu seçkidən sonra ABŞ-də partiyalararası müzakirələrin, bölünmələrin başlamaması və ölkənin siyasi resurslarının sadəcə daxili məsələlərə yönəlməməsidir:

“Çünki Amerika qlobal sabitlik üçün vacib gücdür və bu ölkə qlobal məsələlərə fokuslanmalıdır. Ukrayna da bu qlobal məsələlərdən biridir”.

O xatırladıb ki, Prezident Zelenski və Trampın daha əvvəl təması olub.

“Bizə kiçik silahları – “Javelin”ləri satan da Tramp administrasiyası idi, bu administrasiya Krım Bəyannaməsini qəbul etmişdi. Biz Amerika xalqının seçiminə hörmət etməliyik. Biz həll yolları tapmağa çalışacağıq, çünki bizim başqa yolumuz yoxdur”,- Kuleba əlavə edib.

About Author