XƏBƏRLENTİ

xeberlenti.com

Rusiyanın Əfqanıstanda qəzaya uğramış təyyarəsindən 12 milyon dollar oğurlanıb – Təhqiqat başladı

Əfqanıstanın Bədəxşan əyalətində qəzaya uğrayan Rusiyaya məxsus Falcon 10 təyyarəsindən 1,2 milyon dollar oğurlanıb.

Əfqanıstanın “Hasht e Subh” nəşri məlumat yayıb.

Məlumata görə, oğurluqdan sonra Bədəxşan qubernatoru Məhəmməd Həsən Axundun göstərişi işin araşdırılması üçün komissiya yaradılıb.

Təhqiqat komissiyasına “Taliban” kəşfiyyat idarəsinin rəhbəri başçılıq edir.

Hələlik nə “Taliban” nümayəndələri, nə də Rusiya rəsmiləri bu xəbəri şərh etməyiblər.

Qeyd edək ki,Rusiyanın “Athletic Group” şirkətinə məxsus olan Falcon 10 biznes-jeti ilə yanvarın 20-də axşam saatlarında əlaqə kəsilib.

Federal Hava Nəqliyyatı Agentliyi təyyarənin Əfqanıstan Tacikistan sərhəd yaxınlığında qəzaya uğradığını bildirib. Biznes-jetin mühərrikləri sıradan çıxıb və dağın yamacına çırpılıb.

Natiq Səlim

 

About Author