XƏBƏRLENTİ

xeberlenti.com

ABŞ və Britaniya Yəməndə husilərin mövqelərinə zərbələr endirilib

Amerika Birləşmiş Ştatları və Böyük Britaniya silahlı qüvvələri Yəməndə husi qüvvələrinin mövqelərinə zərbələr endirib.

Xeberlenti.com xəbər verir ki, bu barədə husilərə məxsus “Əl-Masirah” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Səada şəhərinin şimal ətrafı hücuma məruz qalıb. Ölənlər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

About Author