XƏBƏRLENTİ

xeberlenti.com

İsveçrə Rusiyaya qarşı sanksiyalar paketinin daha bir sıra müddəalarını tətbiq edəcək

İsveçrə hökuməti Avropa İttifaqının Rusiya əleyhinə sanksiyalarının 12-ci paketində nəzərdə tutulan Rusiya Federasiyasına qarşı bir sıra tədbirlərə qoşulub.

Xeberlenti.com Trend-ə istinadən xəbər verir ki , yeni tədbirlər fevralın 1-dən qüvvəyə minəcək. Onların arasında Rusiya almazlarının alınmasına və idxalına mərhələli qadağa da daxildir.

Bundan əlavə, İsveçrə hakimiyyəti Rusiya neftinin və neft məhsullarının alınması üçün qiymət məhdudiyyətlərinə riayət edilməsini dəstəkləmək və bu məhdudiyyətlərdən yayınmaq cəhdlərinə qarşı çıxmaq üçün əlavə tədbirlərdən istifadə edəcəklər.

Onlar həmçinin Rusiyaya “əhəmiyyətli gəlir” gətirən bəzi malların, xüsusən də çuqun və azaldılmış neft qazının idxalına qadağa qoyurlar. Yeni tədbirlər Rusiyaya kimyəvi maddələrin, litium batareyalarının, PUA-lar üçün müəyyən növ mühərriklərin, həmçinin dəzgahların və onlar üçün hissələrin ixracını və satışını qadağan edir.

About Author