XƏBƏRLENTİ

xeberlenti.com

UNICEF: Qərb Sahilində uşaqlar məktəbə getməkdən qorxurlar

 Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Fələstindəki rəsmisi Conatan Crickx, İsrailin Qəzza zolağına hücumlarının başladığı 7 oktyabrdan bəri işğal altındakı İordan çayının qərb sahilindəki uşaqların məktəbə getməkdən qorxduğunu bildirib. Qətər mərkəzli Əl-Cəzirə televiziyasına danışan Crickx, İsrailin 7 oktyabr 2023-cü ildən bəri tez-tez basqın və hücumlar həyata keçirdiyi işğal altındakı İordan çayının qərb sahilində 99 uşağın həyatını itirdiyini bildirdi. Crickx, 7 oktyabrdan bəri İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən öldürülən uşaqların sayının 2022-ci ildə eyni bölgədə öldürülən uşaqların sayından iki dəfə çox olduğunu vurğuladı. İşğal altındakı İordan çayının qərb sahilində təhsil sistemindəki ümumi vəziyyətin “çox narahatedici” olduğunu qeyd edən Crickx, “Uşaqların məktəbə getməsi üçün həqiqətən ehtiyac duyulan şey uzunmüddətli atəşkəsdir” deyərək açıqlama verib. Crickx, işğal altındakı İordan çayının qərb sahilində 600 uşağın yaralandığını bildirib.  Crickx qeyd edib ki, İsrailin işğalı və hücumları altında olan Qəzzada təxminən 625 min şagirdin təhsili kəsilib, 300-dən çox məktəb binası dağıdılıb və ya köçkün qəzzalılar tərəfindən sığınacaq kimi istifadə edilib. İsrailin Qəzzaya hücumuna başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım müşahidə olunur.

Çinarə Hüseynova

About Author