Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunacaq.
Xeberlenti.com Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Valettada maltalı həmkarı Lan Borg ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, tərəflərin müzakirə edəcəyi bir çox mövzu var: “Eyni zamanda Cənubi Qafqazla bağlı iki ölkə arasında koordinasiya da vacibdir”.
“Vladimir Putinin səfəri zamanı bir çox regional və ikitərəfli məsələlər, o cümlədən Ukraynadakı vəziyyət müzakirə olunacaq”, – nazir söyləyib.
Qeyd edək ki, V.Putin fevralın 12-də Türkiyəyə səfər edəcək. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.