Güney Azərbaycanda Babəkin adını daşıyan su ehsanına görə mağaza bağlanıb.
Bu barədə “Azad İran” Telegram kanalı yazıb.
Mənbə bildirir ki, Xiyav (Meşkinşəhr) şəhərində mağazanın qarşına soyuq su qabı qoyulub və üzərinə “Babək Xürrəminin ehsanı” yazılıb.
Məlumata görə, bu səbəbdən İranın təhlükəsizlik qüvvələri (ETTELAAT) mağazanın müdiri Qədəm Paşazadəyə zorakılıqla hücum edərək yaxalayıblar.
Qeyd olunub ki, sözügedən mağaza repressiv qüvvələr tərəfindən bağlanılıb və ehsan da müsadirə edilib.