XƏBƏRLENTİ

xeberlenti.com

“F-16″ların Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb – Hakan Fidan

“F-16” qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb.

Bu barədə ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda türkiyəli jurnalistlərlə görüşündə deyib.

O bildirib ki, ABŞ hakimiyyəti bu məsələ ilə bağlı iradə ortaya qoyub: “Konqres bu məsələ ilə bağlı məlumatlandırılıb. Texniki məsələlərin həllindən sonra müdafiə nazirləri və aidiyyəti qurumlar gələcək məsələlərin müzakirəsini davam etdirəcək”.

H.Fidan, həmçinin söyləyib ki, F-35 qırıcıları ilə də bağlı proses davam edir.

Türkiyəli nazir ABŞ-la münasibətlərdə müsbət dinamikanın olduğunu da diqqətə çatdırıb: “Türkiyə-ABŞ münasibətləri problemləri həll etməyə imkan verir”.

O, həmçinin qeyd edib ki, ikitərəfli ticarət dövriyyəsinin 30 milyard dollardan 100 milyard dollara qaldırılması ilə bağlı perspektiv var: “Qarşıya çıxan fürsətləri qiymətləndirməliyik. Bu, diplomatik həmlələr, cəhdlər tələb edir”.

About Author