Ermənistan bu yaxınlarda Hindistandan 155 mm çaplı ATAGS yedəkdə daşınan artilleriya qurğuları alıb.
Bu barədə “Army Recognition” onlayn nəşri yazıb.
Bildirilir ki, Hindistan 155 milyon dollar dəyərində 84 ədəd artilleriya tədarükü qərarını təsdiqləyib.
ATAGS-ın atəş məsafəsi 48 km-dir. 2023-cü ildə Ermənistan 6 ATAGS qurğusu alıb və Hindistan şirkətləri ilə MArG 155 özüyeriyən haubitsaların və “Akaş” hava hücumundan müdafiə sisteminin alınması üçün daha bir neçə müqavilə imzalayıb.