Vladimir Zelenski Rəcəb Tayyib Ərdoğana Rusiya tərəfindən həbs edilən Krım tatarlarının siyahısını verib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Ukrayna Prezidenti İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla baş tutan görüşünün nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, həbs edilən tatarların sayı getdikcə artır və hələ də onların Ukraynaya dönmələri üçün səylər nəticə verməyib. Zelenski Türkiyə Prezidentinin bu məsələdə yardım edə biləcəyinə ümid etdiyini vurğulayıb.