XƏBƏRLENTİ

xeberlenti.com

Ermənistanda sərhədlərlə bağlı növbədənkənar iclas çağırıldı

Ermənistan parlamentinin delimitasiya və demarkasiya məsələləri ilə bağlı növbədənkənar iclası çağırılıb.

Xeberlenti.com  xəbər verir ki, bu barədə məlumatı ölkənin “Hraparak” qəzeti yayıb.

Məlumata görə, bu təşəbbüslə Ermənistanın müxalif “Hayastan” və “Şərəfim var” fraksiyaları çıxış edib.

İclasın aprelin 9-dan sonra keçirilməsi planlaşdırılır. Növbədənkənar iclasa Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan da çağırılacaq.

About Author