Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə 542 ukraynalı uşaq həlak olub.
Xeberlenti.com xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun “Telegram” hesabında məlumat verilib.
“2022-ci ilin fevralın 24-dən başlayan Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində indiyə qədər Ukraynada 542 uşaq həlak olub, 1289 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – məlumatda deyilir.
Baş Prokurorluq bildirib ki, bu rəqəm yekun deyil, döyüşlərin davam etdiyi ərazilərdə, müvəqqəti işğal altında olan ərazilərdə və yeni azad olunan ərazilərdə araşdırmalar davam edir.