Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İB ilə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi arasında iki tərəfli görüş təşkil olunub.
İlk olaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş hərbiçilərin və vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin (ŞAYHM) sədri Rövşən Ağamalıyev və ŞAYHM-nin idarə heyətinin üzvü və nəzarət təftiş komisiyyasının sədri Niyaməddin İbrahimov həyata keçirilən layihələrin məqsəd və məramı haqqında geniş məlumat verərək bildiriblər ki, bu gün başda şəhid ailələri olmaqla, müharibə veteranları, əlilləri sosial problemlərinin həlli ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən dövlətin daim diqqət mərkəzindədədir və bundan sonra da dövlətimizin dəstəyi ilə şəhid ailələrinə qayğıların göstəriləcəyini bildiriblər. Sonra Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul çıxış edərək dəvətə və səmimi qonaqpərvərliyə görə İctimai birliyin rəhbərliyinə və kollektivinə təşəkkür edib. Mərkəzin fəaliyyəti və konsepsiyası haqqında geniş nitq söyləyən Fuad Rəsul irsi qan xəstəliyindən əziyyət çəkən insanların həyat mübarizəsindən dəstəyin göstəriləcəyini bildirmiş oldu. Fikir mübadiləsindən sonra hər iki ictimai birliyin qarşılıqlı tədbirlərin və layihələrin həyata keçirilməsi üçün layihələrin hazırlanması qərara alındı.
AQDİM-nin mətbuat xidmətidən verilən məlumata əsasən tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində həyata keçirilir.