İranın İsrailə qarşı əməliyyatından sonra ABŞ-nin İrandakı maraqlarının müdafiəçisi kimi İsveçrənin Tehrandakı səfiri saat 03:00-də Xarici İşlər Nazirliyinə deyil, SEPAH-ın binasına çağırılıb.
Xeberlenti.com xəbər verir ki, bu barədə İran daxili işlər nazirinin müşaviri bildirib.
İran rəsmisi bildirib ki, ABŞ-yə İrana qarşı ən kiçik addım atmamaq üçün xəbərdarlıq edilib:
“Əməliyyat başa çatdıqdan sonra saat 3-də İsveçrə səfiri ilk dəfə olaraq Xarici İşlər Nazirliyi əvəzinə SEPAH-ın binasına çağırıldı”.