Livanın cənubunda şiə Hizbullah hərəkatının hərbi obyektlərinə zərbələr endirilib.
Xeberlenti.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri bildirib.
“Gecə ərzində qırıcı təyyarələr Livandakı bir sıra Hizbullah terrorçu hədəflərinə, o cümlədən Odise bölgəsindəki müşahidə məntəqəsinə və Xiam bölgəsindəki iki hərbi obyektə hücum edib”, – bəyanatda deyilir.
Hərbçilər həmçinin “Tayr Harf bölgəsindəki Hizbullah hərbi strukturunun daxilində fəaliyyət göstərən terrorçunun müəyyən edildiyini” bildiriblər. “Döyüşçülər binanı vuraraq dağıdıblar”, – mətbuat xidməti qeyd edib.