XƏBƏRLENTİ

xeberlenti.com

Siyavuş Novruzov: Xocalı soyqrımını törədənlərə, Gəncəni, Tərtəri, Bərdəni bombalayanlara hələ də sanksiya tətbiq edilməyib

Azərbaycan atdığı addımı beynəlxalq hüququn əsaslarına uyğun şəkildə atır.

Xeberlenti.com  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, atdığı addımlar Azərbaycanın haqq işidir: “Əfsuslar olsun ki, dünya ölkələri özlərini demokratik adlandırsa da, Azərbaycanın əleyhinə öz məkrli niyyətlərini ortaya qoyurlar. Xocalı soyqrımı törədənlər, Gəncəni, Tərtəri, Bərdəni bombalayanlara, dinc sakinlərə qarşı atəş açanlara qarşı hələ sanksiya tətbiq edilməyib. Balayan azərbaycanlı uşaqları necə yandırdığını öz kitabında yazıb, onlara qarşı addım atılmır. Azərbaycanda bir tiktoker var – Əli Kərimli. Kompüteri qoyur qabağına, danışır. Onu dəvət edirik ki, istənilən televiziyada danışaq, ona cavab verək. Bu gün görülən işlərə kölgə salmağa çalışmaq, insanlara düzgün olmayan məlumat vermək yerində deyil, nə vaxt istəyir biz hazırıq”.

About Author