XƏBƏRLENTİ

xeberlenti.com

KİV: ABŞ Gürcüstanda “xarici agentlər” haqqında qanunun müəlliflərinə sanksiya tətbiq edəcək

ABŞ “demokratiyanı qorumaq məqsədilə” Gürcüstan rəsmilərinə sanksiya tətbiq edə bilər.

Bu barədə “Politico” məlumat yayıb. Bildirilib ki, nəşrin gördüyü qanun layihəsinə əsasən hakim “Gürcü Arzusu” partiyasından olan deputatlara, hüquq mühafizə orqanlarının zabitlərinə, həmçinin Rusiyanın ölkədəki mümkün agentlərinə qarşı sanksiya tətbiq edilə bilər.

Qeyd olunub ki, qanun layihəsi bu gün Cənubi Karolina ştatından olan respublikaçı nümayəndə Co Uiolson tərəfindən Konqresə təqdim ediləcək.

“Gürcüstanın Rusiya tipli “xarici agentlər” qanununun irəli sürülməsinə cavabdeh olan məmurlar ABŞ Konqresinə təqdim ediləcək yeni qanun layihəsinə əsasən aktivlərin dondurulması və səyahət qadağaları ilə üzləşə bilər”,- məlumatda bildirilib.

About Author