XƏBƏRLENTİ

xeberlenti.com

İranın Konstitusiya Keşikçiləri Şurası prezident seçkilərinin tarixini təsdiqləyib

İranın Konstitusiya Keşikçiləri Şurası növbədənkənar prezident seçkilərinin iyunun 28-də keçiriləcəyini təsdiqləyib.

Xeberlenti.com-un məlumatına görə , müvafiq qərar şuranın bugünkü iclasında qəbul edilib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb. Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmirabdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub.

About Author