XƏBƏRLENTİ

xeberlenti.com

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezidentə müraciət edilməsi üçün komissiya yaradılıb

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi üçün komissiya yaradılıb.

Xeberlenti.com  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Komissiyanın sədri Adil Əliyev, komissyanın üzvləri Siyavuş Novruzov, Fəzail Ağamalı, Elşən Musayev, Nigar Arpadarai, Tahir Rzayev və Eldar Quliyevdir.

About Author