XƏBƏRLENTİ

xeberlenti.com

DİN Nərimanovda törədilən qətllə bağlı sosial şəbəkədə yayılan görüntülərə aydınlıq gətirib

İyunun 26-da paytaxtın Nərimanov rayonunda qətl hadisəsi törədərək hadisə yerindən qaçan şəxsin sosial şəbəkələrdə mülki şəxslər tərəfindən saxlanılması iddia olunan görüntülər yayılıb.

Xeberlenti.com  xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, şübhəli şəxsi tərkisilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.

Xatırladaq ki, dünən Nərimanov rayonunda qətl hadisəsi törədilib.

About Author