XƏBƏRLENTİ

xeberlenti.com

Ukrayna Aİ ilə təhlükəsizlik məsələləri üzrə sazişlər imzalayıb

Ukrayna artıq Avropa İttifaqı (Aİ) ilə təhlükəsizlik məsələləri üzrə ümumilikdə 17 ikitərəfli saziş imzalayıb.

Xeberlenti.com TASS-a istinadən xəbər verir ki, bu barədə “Euractiv” portalı məlumat yayıb.

Daha əvvəl məlumat verilmişdi ki, Avropa İttifaqı və Ukrayna iyunun 27-də Aİ-nin Brüsseldə keçiriləcək sammiti çərçivəsində Kiyev üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayacaq.

Bu sənədlə Ukraynaya qarşı yeni təcavüz baş verəcəyi təqdirdə, onun məhz nəyə ehtiyacı olduğunu öyrənmək üçün Kiyev və Brüssel arasında 24 saat ərzində təcili məsləhətləşmələr nəzərdə tutulur. Razılaşma həmçinin Kiyevə silah təchizatı, hərbi təlim, müdafiə sənayesində əməkdaşlıq və minaların təmizlənməsi daxil olmaqla 9 sahədə hərbi yardımı əhatə edir. Bu proqramlar üçün konkret büdcə hələ müəyyən edilməyib. Müqavilə 10 il müddətinə bağlanacaq.

About Author