XƏBƏRLENTİ

xeberlenti.com

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Hörmət Baratovla vida mərasimi keçirilir

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hörmət Beytulla oğlu Baratovun meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.

Şəhidin nəşi Xaçmaz rayonunun Nərəcan kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Hörmət Beytulla oğlu Baratov 1975-ci il sentyabrın 24-də Xaçmaz rayonunun Nərəcan kəndində anadan olub. O, 1994-cü il aprelin 18-də Ağdam rayonunun Güllücə kəndində itkin düşüb.

H.Baratov Xaçmaz rayonunun Nərəcan kəndində dəfn olunacaq.

About Author