XƏBƏRLENTİ

xeberlenti.com

Ağsuda seçkilərin şəffaf keçiriləcəyinə əminlik var

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə növbəti seçkilərdə dövlətimiz seçkilərin demokratikliyini təmin etmək məqsədi ilə ölkə qanunvericiliyinə uyğun bütün zəruri tədbirləri həyata keçirir. Namizədlərin öz təşviqat kampaniyasını sərbəst qurması, seçicilərlə görüşləri, KİV-lərdə çıxışları, problemlərin qaldırılması və müzakirəsi üçün hər cür şərait yaradılıbdır. Seçicilər deputatlığa namizədlərdən proqramlar, görəcəyi işlər barədə real vədlər gözləyirlər. Müsahibimiz 90 saylı Ağsu seçki dairəsindən deputatlığa namizəd Ruslan Nəcəfovdur.
-Ruslan müəllim, Ağsu rayonunda sizin də qatıldığınız növbəti parlament seçkilərinin demokratik şəkildə keçiriləcəyinə əminsinizmi?
-Əvvəla onu deyim ki, Azərbaycanda demokratik, ədalətli və şəffaf seçkilər tam təmin olunub. Ötən parlament seçkiləri də sübut etdi ki, Azərbaycanda sivil, demokratik-hüquqi dövlət quruculuğu prosesi dönməz xarakter alıb bu prosesi əngəlləməyə qadir olan qüvvə yoxdur. Hakimiyyət cəmiyyətin liberallaşması, demokratik dəyərlərin bərqərar olması, vətəndaş cəmiyyətinin qurulması istiqamətində məqsədyönlü siyasət aparır.
Heydər Əliyev ideologiyasını rəhbər tutan hakimiyyət komandası Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı yeni, möhtəşəm uğurlara aparır. Bütün dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq bu ilki parlament seçkilərindən nəticəsi müvəffəqiyyətli olacaq gözləntilərim var. Çünki əminəm ki, namizəd olduğum dairədə bütövlükdə demokratik, açıq, şəffaf keçəcək seçkilər nəticə etibarilə Ağsu camaatının iradəsini əks etdirəcək. Nəzərə almaq lazımdır ki, seçkilərin həm yerli, həm də beynəlxalq siyasi dairələrin və müşahidəçilərin tam nəzarəti altında normal, azad, ədalətli keçməsi ölkəmizin və dövlətimizin beynəlxalq demokratik imicinə böyüq töhfə olacaqdır.
Bir daha əminəm ki, sentyabrın 1-də seçki məntəqələrinə gələn vətəndaşlar sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs verəcəklər. İnanıram ki, həmin gün Ağsu rayonunun seçiciləri deputatlığa namizədə real potensialına və həqiqi vətəndaşlıq mövqeyinə uyğun layiqli qiymətini verəcəklər.
-Ağsu rayonunun bugünkü və gələcəyi naminə intellekt və siyasətin alyansına münasibətiniz necədir?
-Azərbaycanın mövcud inkişaf qanunlarından irəli gələn dönüş nöqtələri Ağsu rayonunda da öz bəhrəsini veməkdədir. Bununla yanaşı vaxtı keçmiş meyllərə qarşı yeniliyin müqavimət gücünü artırmaq, ideya və məslək uğrunda bütün qüvvələrin monoloit birliyini təmin etmək, sosial energetikanı səfərbər etmək həmişə aktual olaraq qalır.
Açıq danışacağam. Rayon həyatının ən dərin qatlarına sirayət edən inkişaf vektorları, həyat tərzi, dəyər oriyentasiyaları köklü surətdə dəyişilməlidir. Proseslərə prinsipial olaraq yeni münasibətin, yeni baxışın, ən başlıcası isə sonrakı inkişafın yeni model və konsepsiyasının müəyyənləşdirilməsini qaçılmaz imperiativ kimi qarşıya qoyulmalıdır.
-Heydər Əliyev və Ağsu rayonu barədə nə deyə bilərsiniz?
Ülu öndərimiz Heydər Əliyev 1981-ci ilin iyulunda Ağsuya səfəri zamanı demişdir: “Ağsu respublikanın qabaqcıl rayonları səviyyəsinə çıxmalıdır. Bunun üçün imkan və şərait vardır”. Ümummilli lider Heydər Əliyev dühasının, siyasi uğur fenomeninin, möhtəşəm siyasi irsinin, Azərbaycan xalqının, o cümlədən ağsuluların yaddaş və təfəkkürünə çatdırılması, müzakirələrin ana xəttinə çevrilməsi zəruriyyətdir. Müstəqil Azərbaycan dövlətinin memarı olan ulu öndərin siyasi portretini, ideal lider obrazını, zaman çərçivəsinə sığmayan şəxsiyyətini, milyonlarla dünya azərbaycanlısının qürur ünvanı, cəmiyyət həyatının bütün sahələrində milli intibahın qarantı kimi sağlığında ikən əfsanəyə çevrilən, həyatının hər məqamı bizlər üçün örnək olan nadir dövlət xadimi kimi və iki əsrin dahisi kimi zirvədə qalmasının sirlərini hər bir ağsulu dərindən öyrənməyə borcludur.
-İlham Əliyevin uğurlu prezidentlik fəaliyyəti Heydər Əliyev siyasi kursunun üzünömürlüyünü təmin edir – məhşur fikrə münasibətiniz?
-Tarixin bütün dövrlərində dövlətin idarə olunmasına, cəmiyyətdə insanlar arasında nizamın təmin edilməsinə, həm də bu proseslərin inkişaf və yüksəliş məramına xidmət etməsinə obyektiv zərurət mövcud olmuşdur. Hər bir ölkənin dirçəliş və tərəqqi yoluna çıxması, tarix salnaməsindəki şanlı səhifələr, zəfər və qələbələr onun qismətinə düşən dahi şəxsiyyətlərin, siyasi liderlərin yaradıcı fəaliyyəti ilə mütənasib surətdə bağlı olmuşdur.
2003-cü ildə xalqın etimadı və dəstəyi ilə Prezident İlham Əliyevin dövlət rəhbərliyinə gəlməsindən etibarən ulu öndərun müəyyənləşdirdiyi milli strategiyanın növbəti konseptual mərhələsinin başlandığı gerçəklikdir. Son 21 ilin qələbələri, zəfərləri, müvəffəqiyyətləri göz önündədir.
İlham Əliyev siyasi lider kimi ictimai rəydə yekdilliklə qəbul edilən imicinin obyektiv təməllərindn qaynaqlandığı, xalqla onun arasındakı qarşılıqlı inamın sarsılmaz tellərlə bağlı olduğu diqqəti cəlb edir. Prezidenti dəstəkləyən, ona dərin inam bəslyənlər arasında coğrafi, milli, yaxud da yaş hüdudları mövcud deyildir. Öz ətrafında ölkənin bütün bölgələrindn, müxtəlif yaş qruplarından olan insanları birləşdirə bilən siyasi lider olmaq kimi nadir keyfiyyət İlham Əliyevi səciyyələndirən xüsusiyyətdir.
-Ağsunun sabahı ilə bağlı ən böyük arzularınız hansılardır?
-Ağsu yeni iqtisadi intibah dövrünə qədəm qoymalı və əksər sahələr üzrə ciddi irəliləyişlərə nail olmalıdır. Rayonun sürətli sosial-iqtisadi inkişafının təmin edilməsi məsələsi bundan sonra da bir nömrəli vəzifəyə çevrilməlidir. Rayonumuz sosial-iqtisadi yüksəlişinə, insanların normal həyat şəraitinə və demokratik nailiyyətlərinə görə respublikada ön sıralara çıxmalıdır.
Müsahibəni apardı:
Mehriban Məhərrəmova

 

About Author