Avropa Komissiyası İlon Maskı bununla hədələdi
Böyük Britaniyanın Baş naziri Keir Starmer və X sosial media platformasının sahibi İlon Mask arasında debat Avropaya yayılıb.
Xeberlenti.com xəbər verir ki, xarici mediaya istinadən xəbər verir ki, Maska Avropa İttifaqı Komissiyasından xəbərdarlıq gəlib.
Bildirilib ki, platformada nifrət nitqi və zorakılıq çağırışlarına qarşı tədbir görülməlidir. Əks halda şirkətin Avropada məhdudiyyətlərlə üzləşə biləcəyi bildirilib.
Avropa Komissiyasının daxili bazardan məsul üzvü Thierry Breton “X” platformasından göndərdiyi məktubunda Maska İngiltərədəki ifrat sağçı zorakılığı xatırladıb.
Breton, lazım gələrsə, “X”-ə qarşı əlavə tədbirlər görüləcəyini də bəyan edib.