Xəbər verildiyi kimi, Ukraynanın Kursk vilayətində keçirdiyi hücum əməliyyatı zamanı Çeçenistanın “Axmat” hərbi birləşməsinin döyüşçüləri də əsir götürülüb.
Ukrayna Silahlı Qüvvələri “Axmat” hərbi qulluqçularının bir qrupunun sənədlərini dərc edib. Onların neçəsinin əsir götürüldüyü və neçəsinin məhv edildiyi hələlik məlum deyil.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 488-ci alayının əsir götürülmüş çağırışçılarının videosunu yayımlayıb. Həmin videoda əsir götürülən əsgərlər Mariupolda əsir düşmüş Ukraynanın “Azov” döyüşçüləri ilə dəyişdirilmələrini xahiş ediblər.