Binəqədi rayonunda bir qadının naməlum şəxs tərəfindən aldadılaraq 10 000 manat, 10 000 dollar və 500 avro pulunun alınması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən H.Ələkbərova saxlanılıb. Araşdırma aparılır.