Avropa diplomatiyasının rəhbəri Josep Borrell İsrailin Qəzza zolağındakı əməliyyatı ilə nasist Almaniyasının hərəkətləri arasında paralellər apararaq cəmiyyəti çaşdırmağa çalışır.
KONKRET.az gazeta.ru saytına istinadən xəbər verir ki, bunu İsrailin maliyyə naziri, ifrat sağçı “Dini Sionizm” partiyasının rəhbəri Bezalel Smotriç özünün X səhifəsində yazıb.
“Onun (Borrellin) sözləri terrorun tərəfində olduğunun açıq və təhlükəli göstəricisidir və heç bir şübhə yoxdur ki, Fələstin xalqı ilə maraqlanmır, əgər Borrell həqiqətən fələstinlilərə əhəmiyyət versəydi, Misir tərəfindən Qəzzanın ətrafında sakinləri həbs etmək üçün tikilən divara qarşı çıxardı. O, HƏMAS-ın vəhşiliyindən xilas olmağa, Aİ-də yeni və təhlükəsiz həyata başlamağa çalışan qəzzalılara kömək edərdi”, – Smotriç qeyd edib.
O əlavə edib ki, yəhudi dövləti Qərb dəyərlərinin müdafiəsi üçün HƏMAS-la mübarizə aparır:
“İsrail barbarlarla və İranın təmsil etdiyi “şər oxu” ilə üzləşib. Avropa Borrelldən və onun bir çox dostlarının İsrailə tətbiq etdiyi ikili standartlardan utanacaq. Çünki bu şəxslər əsl terrorçuların tərəfini tutur. Borrell açıq-aydın tarixin yanlış tərəfini seçib”, – deyə İsrailli nazir yekunlaşdırıb.
Rəsmiyyə Şərifova,