Ötən gün Rusiyanın Kursk vilayətində 102 rusiyalı hərbçi Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları tərəfindən əsir götürülüb.
Bununla bağlı “Ukrainskaya Pravda” nəşri Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələrinə istinadla məlumat yayıb və videogörüntülər paylaşıb.
Qeyd edilir ki, bu, bir növ rekord olmaqla, sayına görə Ukraynanın bir dəfəyə ən kütləvi əsir götürməsi əməliyyatıdır. Əməliyyatın Kurskun hansı istiqamətində həyata keçirildiyi açıqlanmasa da, Rusiya əsgərlərinin yaxşı qorunan və hər cür şəraiti olan tunellərdə yerləşdiyi, lakin buna baxmayaraq, Ukrayna qüvvələrinin onları təslim olmağa məcbur etdikləri qeyd olunur. Məlumata görə, ələ keçirilənlər Rusiya Silahlı Qüvvələrinin 488-ci Qvardiya motoatıcı alayının və Çeçenistanın “Axmat” bölməsinin hərbçiləridir.
Bu barədə yayılan videonu təqdim edirik: