Rusiyalı hərbi ekspert Aleksandr Xramçixinin caliber.az-a müsahibə verib.
Mövzunun aktuallığını nəzərə alaraq həmin müsahibəni təqdim edirik.
– Aleksandr Anatolyeviç, sizcə, ABŞ hərbi müşavirinin Ermənistan Müdafiə Nazirliyində görünməsinin səbəbi nədir?
– Aydındır ki, bu, Ermənistanla ABŞ arasında davam edən yaxınlaşmanın bir hissəsi kimi baş verir.
– Amerikalı müşavir hansı funksiyanı yerinə yetirəcək?
– Bilmirəm. Görünür, o, əlaqələri təmin edəcək. NATO standartlarına keçid son dərəcə mürəkkəb və uzun bir prosesdir. Əslində, hətta bütün NATO üzvləri NATO standartlarına keçməyib.
– Aydındır ki, ABŞ-nin Ermənistandakı hərbi mövcudluğunu gücləndirmək İrəvanı Moskvadan qoparmaq məqsədi daşıyır. Vaşinqton bu vəzifənin öhdəsindən gələ bilərmi?
– Artıq Birləşmiş Ştatlar bunu etməyə böyük ölçüdə nail olub.
– Bəs niyə Ermənistan hələ də KTMT və AİB-dən çıxmaqla bağlı tərəddüd edir?
– Görünür, hələ bir az qorxuludur. Bundan əlavə, Ermənistan Rusiyaya paralel idxalla bağlı iş aparır.
– Sizcə, İrəvan bir müddət iki stulda otura biləcəkmi?
– Bilmirəm. Bununla bağlı dəqiq tarixləri proqnozlaşdırmaq asan deyil.
– Moskva vaxtaşırı xəbərdarlıq edir ki, Ukrayna ssenarisi Ermənistanın da başına gələ bilər…
– Ermənistan dövlətçiliyi süquta uğrayacaq.
– Rusiyanın nəzarətindən çıxsa, Ermənistanın aqibəti necə olacaq?
– Düşünürəm ki, bu ölkənin əraziləri Türkiyə ilə Azərbaycan arasında bölünəcək.
– Bu, necə mümkündür?
– Asanlıqla. Qərb istəsə belə Ermənistanı qoruya bilməyəcək.
– Sizcə, Ermənistanda insanlar bunu başa düşmürlər?
– Bunu ermənilərdən soruşmaq lazımdır. Qərbçilik çoxdan bir dinə çevrilib.
– Moskva Ermənistanın bu qədər asanlıqla əldən verə bilərmi?
– “Moskva buraxmayacaq” nə deməkdir?
– Axı Rusiyanın Ermənistana təsir alətləri var – siyasi, iqtisadi.
– Mən Ermənistanın siyasətini dəyişmək istiqamətində hər hansı tendensiya görmürəm.
– ABŞ-ın məhdud hərbi kontingenti artıq Ermənistanda, Zəngəzurda peyda olub. Ermənistanda tamhüquqlu Amerika hərbi bazalarının yaranmasına icazə veriləcəkmi?
– Amerikalılar ora getməyəcək, çox problemli yerdir.
– İrəvan konstitusiyanın dəyişdirilməsinə və Bakı ilə sülh müqaviləsinin imzalanmasına razı olacaqmı?
– Onların nə qədər oyun oynayacaqlarını söyləmək mənim üçün çətindir. Bu, görünür, bəzi daxili amillərlə müəyyən edilir. Onları mühakimə etmək mənim üçün çətindir.
– Rusiya hərbi bazası Gümrüdən çıxa bilərmi?
– Əlbəttə. İstənilən müqavilə ləğv edilə bilər.
Günel Mikayılova