XƏBƏRLENTİ

xeberlenti.com

Sabiq deputat Hüseyn Abdullayevin məhkəməsi başlayıb

Xeberlenti.com Report-a istinadən  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hüseyn Abdullayevin vəkilləri müvəkkilərinin proses zamanı yanında əyləşməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin etsə də, təqsirləndirilən şəxs bundan imtina edib.

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət verərək bildirib ki, Hüseyn Abdullayevin ailəsinin hesabına şəxsi həkimlə təmin olunmasını və özəl xəstəxanaların birində müalicə olunmasına istəyiblər.

Bundan başqa müdafiəçilər təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar məhkəmə iclasının videokonfrans vasitəsi ilə, və yaxud istintaq təcridxanasında keçirilməsi ilə bağlı da vəsatət təqdim ediblər.

Vəkillər müvəkkilərinin səhhətindəki problemlərlə əlaqədar ev dustaqlığına buraxılmasını da istəyiblər.

Məhkəmə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti rədd edilib.

Hakimlər onun müalicə müəssisəsinə köçürülməsi ilə bağlı vəsatəti qismən təmin edib.

Məhkəmə baxışı avqustun 22-nə təyin olunub.

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.

İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

About Author